HAQQIMIZDA

ÜMUMİ MƏLUMAT: Azərbaycanda ilk onlayn psixoloji konsultasiya imkanı yaradan”ProblemSİZ” Sosial – Psixoloji Layihələr və Onlayn Konsultasiya Mərkəzi 12 yanvar 2014-cü ildə təsis edilmişdir. Mərkəzin yaranmasında əsas məqsəd cəmiyyətin sosial – psixoloji inkişafına töhfə vermək və müxtəlif psixoloji problemləri olan insanlara, gənclərə yardım etməkdir. Son zamanlar  cəmiyyətdə müxtəlif sosial – psixoloji problemlərin yaranması, insanların xüsusilə də gənclərin intihara əl atması bizi bir insan olaraq çox narahat edirdi. Biz ilkin olaraq Facebook sosial şəbəkəsi üzərindən onlayn psixoloji konsultasiya ilə fəaliyyət göstərməyə başladıq. Daha sonra fəaliyyətimizi daha da genişləndirmək və müxtəlif sosial – psixoloji yönümlü layihələr həyata keçirtməyi qarşımıza məqsəd olaraq qoyduq. “ProblemSİZ “Mərkəzi müxtəlif sosial -psixoloji yönümlü layihələr həyata keçirir ki, bu layihələr haqqında buradan məlumat əldə edə bilərsiniz. Hal -hazırda Mərkəzdə peşəkar psixoloqlar fəaliyyət göstərir. Hansı ki, indiki dövürə kimi psixoloqlarımız ümumilikdə 500-dən artıq insana psixoloji yardım göstəriblər və bu rəqəm hal-hazırda artmaqdadır.

Onlayn psixoloji konsultasiya üçün bu linkə daxil olun və qeydiyyatdan keçin.

MİSSİYA / MƏQSƏD: Sosiallaşdırmaq, individuallaşdırmaq, problemsizləşdirmək, pis vərdişlərdən uzaqlaşdırmaq

SLOQAN: “Sizə mobil telefonunuz qədər yaxınıq…” və ” Sizə problemdən də yaxınıq…”

MƏRKƏZİN LOQOSU: Mərkəzin loqosunda “Problem” və “SİZ” sözləri əks olunmuşdur. Ümumi loqo və loqodakı rənglər problemin kökündə insanın özünün dayandığını göstərir. “SİZ” -in (yəni insanın) böyük hərflərlə yazılışı insanın problemdən daha güclü olduğunu və “Problem”in yaxud da “SİZ” -in (yəni insanın özünün) məhvinin və ya məğlubiyyətinin yalnız “SİZ”in (yəni insanın) əlində olduğunu və eləcə də hər bir insanın əslində”ProblemSİZ” olduğunu bildirir. Mərkəzin ilkin loqosu və yeni loqosuna aşağıda baxa bilərsiniz.

ProblemSİZ - Yeni loqo

 

 

 

 

 

“ProblemSİZ”in ideya müəllifi: Ramid Ağayev

Təsisçi və Rəhbərlər: Ramid Ağayev, Günya Ağayeva

Advertisements